Oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Görüşdə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, Cənubi Qafqazdakı sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımların nəzərdən keçirilməsi planlaşdırılır”.
Görüşdə həmçinin ticarət, iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələləri də müzakirə ediləcək.
Məlumatda həmçinin qeyd olunub ki, Vladimir Putinin Azərbaycan Prezidenti və Ermənistan baş naziri ilə ayrıca görüşü də planlaşdırılır.
www.RIA24.az