Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mədən vergisi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çox olub.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”də yazıb.
Bundan başqa, onun sözlərinə görə, son 1 ildə daxilolmalar mənfəət vergisi üzrə 48,2%, əlavə dəyər vergisi üzrə 27,8%, əmlak vergisi üzrə 24,6%, fiziki şəxslərin gəlir vergisi üzrə 22,4%, yol vergisi üzrə 15,8%, aksiz vergisi üzrə 15,3%, torpaq vergisi üzrə 11,5%, sadələşdirilmiş vergi üzrə isə 10,1% artıb.
#Qeyrineft-qaz sektorunda müşahidə edilən müsbət dinamika şəraitində 2022-ci ilin yanvar-sentyabr aylarında tədiyyə növləri üzrə #vergidaxilolmaları-nda ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artımlar qeydə alınıb.#EconomyAz pic.twitter.com/U7bHmbaw7q
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 28, 2022
www.RIA24.az