Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyanın iclasının vaxtı bəlli oldu

Siyasət

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın üçüncü iclası noyabrın 3-də Brüsseldə keçiriləcək.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyanın üzvləri baş nazirin müavini Mqer Qriqoryanın rəhbərliyi altında noyabrın 3-də Brüsseldə keçiriləcək komissiyanın üçüncü iclasında iştirak edəcəklər”, – deyə XİN-in bəyanatında bildirilib.

Mənbə: “Sputnik” Ermənistan

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir