Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı televiziya proqramında canlı yayımda mühüm açıqlamalar verib.
O, bir çox məsələlərlə yanaşı, taxıl dəhlizi və ölkədə qaz qovşağının yaradıması barədə də danışıb.
Dövlət başçısı son 24 saat ərzində Rusiya və Ukrayna prezidentlərilə danışıqlar aparıdığını və dəhlizin fəaliyyətini bərpa olunduğunu bildirib.
Türkiyə Prezidenti ölkədə mümkün qaz qovşağının yerləşəcəyi məkanı da açıqlayıb.
“Cənab Putinlə söhbətimizdə qaz qovşağı məsələsinə də toxunduq. Hazırda ən uyğun məkan kimi Trakya bölgəsi görünür. Oradan çıxan qazı Avropaya paylamaq mümkün olacaq. Bunlar ilk təsbitlərdir, mütəxəssislər araşdırmaya başlayıblar. Mənim Azərbaycana sonuncu səfərimdə bunu İlham bəylə (Azərbaycan Prezidenti İlham Əliyev) də müzakirə etdik. Qazı oradan da alacağıq və qovşağı TANAP ilə gücləndirəcəyik”, – deyə Ərdoğan bəyan edib.
www.RIA24.az