Prezidentin xüsusi nümayəndəsi: “Azad edilən ərazilərdə yerli idarəetmənin yeni modeli formalaşdırılmaqdadır”

Siyasət

“Azad edilən ərazilərdə yerli idarəetmənin yeni modeli formalaşdırılmaqdadır”.

“Report”un xəbərinə görə, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt quruculuğu modeli” mövzusunda keçirilən qələbənin ikinci ildönümü – Zəfər Gününə həsr olunmuş konfransda deyib.

O qeyd edib ki, Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 illik həsrətdən sonra tarixi qələbə qazanaraq torpaqlarımızı işğaldan azad edib:

“Hazırda tamamilə dağıdılan ərazilərimiz yenidən qurulur”.

E.Hüseynov vurğulayıb ki, Qarabağ Azərbaycanın tarixi və mədəni ərazisidir:

“Orada dayanıqlı məskunlaşmanın həyata keçirilməsi qarşımızda duran əsas məqsədlərdən biridir. Azad edilən ərazilərdə yerli idarəetmənin yeni modeli formalaşdırılmaqdadır”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir