Tahir Budaqov: “Azərbaycanın quruculuq konsepsiyası dünyanın diqqət mərkəzindədir”

Siyasət

“Postkonflikt dövründə Azərbaycanın quruculuq konsepsiyası dünyanın diqqət mərkəzindədir”.

“Report”un xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt quruculuğu modeli” mövzusunda keçirilən qələbənin ikinci ildönümü – Zəfər Gününə həsr olunan konfransda deyib.

O bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi məqsədyönlü siyasətin nəticəsidir:

“Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan postkonflikt dövrünün quruculuq modelini yaradır”.

T.Budaqovun sözlərinə görə, Azərbaycanın yaratdığı reallıqlar əsasında sülh gündəliyinin əsas prinsipləri müəyyənləşib:

“Zəngəzur dəhlizinin açılması geniş və çoxşaxəli əməkdaşlığın formalaşdırılması deməkdir. Postkonflikt dövründə Azərbaycanın quruculuq konsepsiyası dünyanın diqqət mərkəzindədir. Tariximizin şanlı dövründə yaşayıb-yaratmaq hər bir azərbaycanlı üçün böyük şərəfdir. Hər birinizə şərəflə addımlamağı arzu edirəm”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir