Prezidentin Protokol xidmətinin yeni rəisi jurnalist oğludur – FOTO

Siyasət

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Arif Vasif oğlu Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsinə təyin edilib. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, siyasət üzrə fəlsəfə doktoru olan A.Səmədov Moskva Dövlət Universitetinin diplomatiya fakültəsinin məzunudur. 

Onun atası Vasif Səmədov isə Azərbaycanın tanınmış veteran jurnalistlərindəndir. Əməkdar jurnalist V.Səmədov “Kamil sənətkar”, “Qızıl qələm”, “Zərdabi”, “Araz” mükafatlarına, eləcə də “Oqonyok” jurnalının laureatı adına layiq görülüb. O, həmçinin Amerika Biblioqrafiya İnstitutunun Direktorlar Şurasının tərtib etdiyi “Dünyanın 1000 nüfuzlu şəxsi” adlı biblioqrafik sorğu kitabında jurnalistika üzrə Azərbaycanı təmsil edib.

V.Səmədov “Kaspiyan-İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin təsisçisi və prezidenti vəzifələrini tutub.

Qeyd edək ki, A.Səmədov bugünkü təyinata qədər həmin xidmətin rəis müavini vəzifəsini icra edib. 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir