Media maqnatı Aram Qabrelyanov tanınmış rusiyalı jurnalist və siyasətçi Maksim Şevçenkonu Azərbaycan Prezidenti tərəfindən “alındığı” üçün “türk dünyasının müdafiəçisi” olduğunu deyib.
Maksim Şevçenko Rusiya mediasında erməni lobbisinin nümayəndəsinin sözləri ilə bağlı “TRT Russia” kanalına şərh verib.
“Qabrelyanov hesab edir ki, mən satıldığım üçün Azərbaycanın tərəfindəyəm, Azərbaycanın haqlı olduğuna inanıram. Bu yalandır”, – deyə o bildirib.
Şevçenko Aram Qabrelyanovun Parisdə mənzili olduğunu, oğlunun isə Nyu-Yorkda yaşadığını xatırladaraq, onun bu barədə müzakirələrini ciddiyə almadığını deyib.
“Buna görə də deyəcəyəm ki, bunların hamısı cəfəngiyatdır”, – deyə Şevçenko əlavə edib.