Dövlət ehtiyacları üçün 10 hektar torpaq alınacaq – QƏRAR

Siyasət

Nazirlər Kabineti torpağın dövlət ehtiyacları üçün alınması barədə qərar verib.

Oxu.Az xəbər verir ki, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, Bakı şəhəri, Qaradağ rayonunun inzibati ərazisində Ələt Azad İqtisadi Zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşən xüsusi mülkiyyətdə olan 9,9185 hektar torpaq sahəsi dövlət ehtiyacları üçün alınır (yerquruluşu planı əlavə olunur).

İqtisadiyyat Nazirliyi bu Qərarın 1-ci hissəsində qeyd edilən dövlət ehtiyacları üçün alınan torpaq sahəsi ilə birlikdə Ələt Azad İqtisadi Zonasının ərazisi qismində müəyyən edilmiş torpaqların hüdudları daxilində yerləşən dövlət mülkiyyətinə aid torpaq sahələrinin Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumuna birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə verilməsi barədə təkliflərini müvafiq yerquruluşu planları ilə birlikdə Nazirlər Kabinetinə təqdim etməlidir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir