Ceyhun Bayramov: “Zəfər Gününü ABŞ-dakı soydaşlarımızla qeyd etməkdən şadam” – FOTO

Siyasət

ABŞ-da səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Vaşinqtondakı səfirliyinin təşkilatçılığı ilə keçirilən, 8 Noyab – Zəfər Gününə həsr edilən tədbirdə iştirak edib.

Bu barədə XİN başçısı “Twitter”də yazıb.

“Vaşinqtonda Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən təşkil edilən Zəfər Gününə həsr olunmuş tədbirdə iştirak etməkdən şadam. Bu şərəfli bayramı ABŞ-da yaşayan soydaşlarımızla birgə qeyd etməkdən məmnun oldum. Zəfər Günün mübarək, Azərbaycan”, – diplomat qeyd edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir