Siz erməni vandallarına sübut etdiniz ki, millətimiz qorxmaz, döyüşkən, mübarizdir – Prezidentə Müraciətlər

Siyasət

Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.

Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı və tarixi zəfərlə nəticələnmiş əməliyyatlar birmənalı olaraq alqışlanır və ölkə başçısına böyük dəstək ifadə olunur.

Müraciət edənlər bildirirlər ki, şanlı qələbəmizin arxasında Ali Baş Komandanın uzun illər həyata keçirdiyi müdrik diplomatik, iqtisadi və hərbi strategiya, ordumuzun zəhməti, şəhidlərimizin qanı və xalqımızın dəstəyi dayanır.

Azərbaycan xalqı Ali Baş Komandanın Azərbaycan tarixində yeni bir şanlı səhifəni qızıl hərflərlə yazdığını və xalq qəhrəmanı kimi tarixdə, insanların qəlbində ömürlük məskən saldığını qeyd edir.

Dünyanın hər yerindən müraciət ünvanlayan azərbaycanlılar bildirir ki, şanlı yolda Ali Baş Komandanın sözlərinə istinad edərək “dəmir yumruq kimi” daim dövlət başçısının yanındadırlar.

“Cənab Prezident, Siz erməni vandallarına sübut etdiniz ki, millətimiz qorxmaz, döyüşkən, mübariz və lazım gələrsə, istənilən düşmənin başını yumruqla əzməyə qadir olan millətdir”, –  Ali Baş Komandana ünvanlanan müraciət qeyd olunur.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir