Paşinyanın nüfuzu kəskin düşüb

Siyasət

Ermənistan Baş naziri Nikol Paşinyanın nüfuzu kəskin düşüb.

“Haraparak” Ermənistanın Milli Təhlükəsizlik Nazirliyindəki mənbəyə istinadla sorğunun nəticələrini açıqlayıb.

Bildirilir ki, hazırda onun reytinqi 6-12 faizdir. Bu da bir hökumət başçısı üçün heç də ürəkaçan göstərici deyil.

Paşinyanın reytinqinin düşməsini onun “Facebook” hesabından da müşahidə etmək mümkündür.

Onun izləyicilərinin sayı ciddi şəkildə azalıb.

Xatırladaq ki, erməni nazirin hakimiyyətdən getməsi üçün Ermənistanda etirazlar baş verir. Eyni zamanda, Ermənistan Prezidenti Armen Sarkisyan da Paşinyanı istefa verməyə çağırıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir