Qarabağda Türkiyə-Rusiya Ortaq Mərkəzinin fəaliyyətinə dair müzakirələr tamamlandı – RƏSMİ

Siyasət

Noyabrın 11-də Türkiyə Milli Müdafiə naziri Hulusi Akar və Rusiya Müdafiə naziri Sergey Şoyqu arasında Azərbaycan və Ermənistan arasında atəşkəsin tətbiqinin müşahidəsi və nəzarəti üçün video telekonfrans vasitəsilə anlaşma memorandumu imzalanıb.

Türkiyə-Rusiya Ortaq Mərkəzinin qurulması və vəzifə prinsipləri ilə əlaqədar texniki detallara dair müzakirələr artıq tamamlanıb və memoranduma imza atılıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, mərkəzin ən qısa müddətdə aktivləşdirilməsi üçün lazımi işlər aparılır.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir