Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda baş verən partlayışda ölənlərlə bağlı Türkiyəyə başsağlığı verib.
Oxu.Az xəbər verir ki, Ceyhun Bayramov bununla bağlı “Twitter” hesabında yazıb.
“İstanbul şəhərində İstiklal prospektində partlayış xəbəri bizi dərindən kədərləndirdi. Bu terror nəticəsində hayatlarını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyəyə başsağlığı bildirir, yaralılara şəfa diləyirik.
Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!”, – xarici siyasət idarəsinin rəhbəri sosial şəbəkə hesabında yazıb.
İstanbul şəhərində #İstiklal prospektində partlayış xəbəri bizi dərindən kədərləndirdi. Bu terror nəticəsində hayatlarını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyeye başsağlığı bildirir, yaralılara şəfa diləyirik.
Azərbaycan hər zaman qardaş Türkiyenin yanındadır!— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) November 13, 2022
www.RIA24.az