Hulusi Akardan Türkiyə-Rusiya Ortaq Mərkəzi ilə bağlı daha bir AÇIQLAMA – VİDEO

Siyasət

Türkiyə Milli Müdafiə Maziri Hulusi Akar Ermənistan-Azərbaycan atəşkəsi üçün yaradılacaq Türkiyə-Rusiya Birgə Mərkəzinin müzakirəsindən danışıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Hulusi Akar Türkiyə-Rusiya Ortaq Mərkəzinin qurulması və vəzifə prinsipləri üçün imzalanan müqavilə ilə bağlı açıqlama verob:

“İndi ərazidə inşa işləri aparılır. Dostlarımız çox qısa müddətdən sonra orada işlərinə başlayacaqlar. Türkiyə və Rusiya generalları birlikdə çalışacaqlar. Atəşkəsə riayət olunmasını təmin edəcək və atəşkəsin qalıcı olması üçün səy göstərəcəklər”.

Türkiyəli nazir Azərbaycan və Ermənistan arasında atəşkəsin icrasına müşahidə və nəzarət etmək üçün 11 noyabrda Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə videokonfrans yolu ilə bir anlaşma memorandumu imzaladıqlarını da xatırladıb:

“Nazir müavinimiz həmsöhbətimizlə bunun texniki detallarını müzakirə edib. Razılaşma əldə edilib. Orada müştərək müşahidə mərkəzinin yaradılması üçün yazılı bir maneə olmadı. Ümid edirəm, qardaşlarımıza bacardığımız köməyi edəcəyik və haqlı işdə azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik. Buna heç kim şübhə etməsin”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir