Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə qəbul edilmiş Qarabağ razılaşmasını tarixi hadisə hesab edir.
“Vladimir Vladimiroviç Putinin Qarabağdakı hərbi əməliyyatları dayandırmaq məqsədilə vasitəçiliyi ən yüksək tərifə layiqdir. Rusiyanın ən fəal iştirakı ilə əldə olunan razılaşma, fikrimcə, mövcud kritik vəziyyətdə yeganə doğru qərardır”, – Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclası zamanı deyib.
Tokayevin sözlərinə görə, bu razılaşma bölgədə uzunmüddətli sülhün bərqərar olmasına kömək edəcək:
“Mənim fikrimcə, bu, həqiqətən, tarixi bir razılaşmadır”.