Azərbaycan-İsrail dostluğundan ürkən molla rejimi – VİDEO

Siyasət

Bölgəmizdə bəziləri elə hesab edirdilər ki, Azərbaycan uzun illərdir bütün atmacalara, düşməncəsinə davranışlara, açıq təhdidlərə diplomatik baxımdan susub, qanayan tarixi yaraların üzərindən səssizcə yan keçibsə, deməli, bu ölkənin ümumiyyətlə deməyə sözü yoxdur. 

Bu barədə “Caliber”in “YouTube” kanalındakı növbəti süjetində deyilir. 

“Azərbaycan, həqiqətən də, bütün bu illər ərzində siyasi dözümlülük nümayiş etdirib, sözlərinə diqqətlə yanaşıb, hətta cənubdan gələn təhdidlərə qarşı kəskin ifadələr səsləndirməməyə çalışıb. Lakin cənub qonşumuz bunu dövlətimizin zəifliyi kimi qiymətləndirməklə yanlışlığa yol verib”, – deyə videomaterialda vurğulanır.

Azərbaycanın İsraillə dostluq münasibətləri ilə bağlı dəfələrlə absurd fikirlər eşitmişik. Amma Azərbaycanın köklü arqumentləri var. İllər əvvəl torpaqlarımızın 20%-ni işğal edən Ermənistandan fərqli olaraq, İsrail İranın bir qarış torpağını belə işğal etməyib. 

Çox vaxt elə gəlirdi ki, bütün bunlar bizi incitmək, qisas almaq üçün edilir. Nəyin və kimin qisasının alınmasını başa düşmək çətin idi. Axı Azərbaycan İranı heç vaxt düşmən saymayıb.

Daha ətraflı Baku TV-nin süjetində:

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir