2026-cı ilədək azad edilən ərazilərdə 34 500 mənzil və fərdi yaşayış evi inşa ediləcək

Siyasət

2026-cı ilədək azad edilən ərazilərdə 34 500 mənzil və fərdi yaşayış evi inşa ediləcək.

Bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, 2022-2026-cı illərdə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında 34 500 mənzil və fərdi yaşayış evi inşa ediləcək. 

www.RIA24.az