Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Qafqaz Müsəlmanları İdarəsi və ABŞ-nin Stirlinq Fondunun birgə təşkilatçılığı ilə 16 noyabr 2022-ci il “Beynəlxalq Tolerantlıq Günü”nə həsr edilən “Tolerantlıq sülh və əməkdaşlığa aparan yol kimi” mövzusunda konfrans keçirilib.
Beynəlxalq Tolerantlıq Gününə həsr olunan konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri vurğulayıb ki, 44 günlük Vətən müharibəsində dünyaya səsimizi birgə ucaltdıq.
Bu, Azərbaycan multikulturalizminin növbəti təzahürü oldu. Dünyada baş verən fəlakətlər, qlobal böhranlar, müharibələr hamımızı narahat edir. İslamofobiya və xristianofobiya təmayülləri narahatlıq doğurur. Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini icmaların dövlətin qayğısı ilə əhatə olunduğunu da qeyd edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla qeyd edib ki, Azərbaycanın multikulturalizm təcrübəsi dünyanın bir çox ölkələrinin ali təhsil ocaqlarında tədris olunur.
O, “Tolerantlıq sülh və əməkdaşlığa aparan yol kimi” mövzusunda konfransın sülhə, təhlükəsizliyə töhfə verəcəyindən əminliyini ifadə edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxışında qeyd edib ki, bu gün sülh və təhlükəsizlik naminə birləşmək çox vacibdir.
Azərbaycanda müxtəlif dinlərdən olan insanların dinc və mehriban şəraitdə yaşadığını diqqətə çatdıran Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru konfransın sülhə, əməkdaşlığa töhfə verəcəyinə əminliyini bildirib. “Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu strateji xəttin Prezident İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilməsinin göstəricisidir”, – deyə o qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vurğulayıb ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, tolerantlıq və multikulturalizm sahəsində Azərbaycan dünyaya nümunə olan ölkələrdəndir. günün dünyada bayram kimi qeyd olunur. Azərbaycanda tolerantlıq günü yüksək səviyyədə qeyd olunur. Bunun alternativi yoxdur. Dünyada baş verən proseslərə nəzər salsaq, bu probemlərin həllini ancaq tolerantlıq və multikultiralizmdə görə bilərik. Azərbaycanda əhalinin 96 faizi müsəlmandır. Eyni zamanda Azərbaycanda yaşayan müxtəlif dinlərin nümayəndələri mehriban şəraitdə yaşayırlar. Azərbaycan bölgədə sürətə inkişaf edən ölkədir. 2016-cı il multikulturalizm ili, 2017-ci ildə isə islam ili elan olunub.
Stirlinq Fondunun (ABŞ) prezidenti Edvard Rou bildirib ki, bu konfrans Azərbaycan və Yuta ştatının bir-birinə daha da yaxınlaşmasına, müxtəlifliyimizə baxmayaraq, ölkələrimiz arasında əlaqələrin daha da güclənməsinə imkan verəcək.
“Beynəlxalq Tolerantlıq Günü”nə həsr edilən konfransda ABŞ-nin Yuta ştatında yerləşən Stirlinq Fondunun rəhbərliyi ilə “Sonuncu Gün Müqəddəslərinin İsa Məsih Kilsəsi”nin,Yuta ştatının hökumət rəsmilərinin, müsəlman, xristian və yəhudi icmalarının nümayəndələri iştirak edib.
Beynəlxalq konfrans “ABŞ-Azərbaycan əməkdaşlığının yeni mərhələsi: Multikulturalizm birləşdirici körpü kimi” və “Tolerantlıq və Multikulturalizm: Dini Perspektivlər” mövzusunda iki paneldən ibarət olub.
Stirling Fondunun (ABŞ) vitse-prezidenti Nikol Stirlinqin moderatorluğu ilə keçən birinci paneldə Yuta Ştat Senatının senatoru (ABŞ) Maykl K. Makkielin, Yetmişlər Kvorumu, İsa Məsihin Son Zamanlar Müqəddəsləri Kilsəsindən (ABŞ) Cek .N. Cerardın, Yuta Dünya Ticarət Mərkəzinin icraçı direktoru (ABŞ) Mayls Hansenin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü (Azərbaycan) Esmira Cəfərovanın, Jr-G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti (ABŞ) U. Koul Durhamın və Azərbaycan İlahiyyat İnstitutunun rektoru (Azərbaycan) Aqil Şirinovun çıxışları dinlənilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri (Azərbaycan) Aytən Qəhrəmanın moderatorluğu ilə keçən ikinci paneldə Yetmişlər Kvorumu, İsa Məsihin Son Zamanlar Müqəddəsləri Kilsəsi (ABŞ) Erix V.H.Kopişkenin, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri (Azərbaycan) Milix Yevdayevin, Yuta Müsəlman Liqası Şurasının sədri (ABŞ) Avais Əhmədin, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi (Azərbaycan) Arximandrit Aleksiy Nikonorovun, Yuta Ştatının Yəhudi İcmasının baş ravvini, (ABŞ) Samuel L.Spektorun, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekti, (Azərbaycan) Yepiskop Vladimir Feketenin və Avropa Yəhudilərinin Bakı Dini İcmasının rəhbəri (Azərbaycan) Aleksandr Şarovskinin çıxışları olub.
www.RIA24.az