Türkiyənin ölkəmizdəki səfiri Elçin Əmirbəyovla görüşdü – FOTO

Siyasət

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi Elçin Əmirbəyovla görüşüb.

Oxu.Az-ın məlumatına görə, bu barədə türkiyəli diplomat özünün “Twitter” hesabında məlumat verib.

O, “Birlikdə daha güclüyük” həştəqi ilə paylaşdığı “tweet”ində eyni zamanda E.Əmirbəyova isti münasibət və səmimi söhbət üçün öz təşəkkürünü bildirib.

 

www.RIA24.az