Rusiya XİN-in xüsusi nümayəndəsi Bakıya səfər edəcək

Siyasət

Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev yaxın vaxtlarda Bakıya səfərə gələcək.

Bu barədə cümə axşamı qurumun İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev brifinqdə məlumat verib.

“Həqiqətən də, növbədə İqor Xovayevin Bakıya səfəridir”, – Neçaev müvafiq sualı cavablandırarkən bildirib.

O xatırladıb ki, noyabrın 14-də xüsusi nümayəndənin Ermənistana planlaşdırılmış səfəri baş tutub. Diplomatın sözlərinə görə, Xovayev oktyabrın 31-də Soçidə Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlarda əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı erməni tərəfdaşları ilə faydalı müzakirələr aparıb.

Mənbə: TASS

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir