Ağdamın azad edilməsi ilə əlaqədar yürüş təşkil olunub – FOTO

Siyasət

Ağdamın işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar Ağdam şəhərində yürüş təşkil olunub.

“Report” xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin və Ağdam rayon İcra Hakimiyyətinin təşkil etdiyi tədbirə Şəhidlər xiyabanın ziyarət edilməsi ilə start verilib.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və nümayəndəliyin əməkdaşları, “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru və qurumun nümayəndələri, hərbçilər, şəhid ailələri, hüquq-mühafizə orqanlarının nümayəndələri, Ağdam ərazisində çalışan şirkət və qurumların işçiləri, həmçinin Ağdam könüllüləri olan bir qrup gənc şəhidlərin məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.

Şəhidlərin xatirəsi əks olunan lövhə önünə gül çələngi qoyulub.

Daha sonra təşkil olunan yürüşdə millət vəkilləri, rayon ictimaiyyəti, qazilər, müharibə veteranları, Ağdam şəhərində yenidənqurma işlərinə cəlb olunan tikinti şirkətlərinin nümayəndələri iştirak edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir