“Bizim yerimizə qərar verin, hansı yeməyi seçək?”
Bunu Azərbaycanın İsraildə səfirliyinin açılması qərarını qeyd etdiklərini bildirən İsrailin ölkəmizdəki səfiri Corc Dik deyib.
Səfir bununla bağlı öz “Twitter” hesabında paylaşım edib. Həmçinin paylaşımda izləyicilərə sorğu ünvanlayıb.
O, səfirliyin açılmasını Azərbaycanın milli yeməyi ilə qeyd etmək istədiklərini, lakin bunun məhz hansı yemək olacağına qərar verə bilmədiklərini yazıb.
“Azərbaycanın İsraildə səfirliyinin açılması qərarını ənənəvi Azərbaycan yeməyi ilə qeyd etmək qərarına gəldik, lakin yeməklə bağlı razılığa gələ bilmədik. Bizim yerimizə qərar verin, hansı yeməyi seçək?” – deyə o, izləyicilərinə sual verib.
We decided to celebrate the decision to open an embassy of Azerbaijan in Israel with a traditional Azerbaijani dish, but we can’t agree on which one 😋 So you will decide for us, which one should it be?
— George Deek (@GeorgeDeek) November 21, 2022
www.RIA24.az