Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Alon Uşpiz arasında telefon danışığı olub.
Bu barədə İsrailin Bakıdakı səfiri Corc Dik “Twitter”də xəbər verib.
“Uşpiz baş tutmuş danışıq zamanı bəyan edib ki, Azərbaycanın İsraildə səfirlik açmaq qərarını alqışlayır. Tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər”, – deyə səfir bildirib.
Today the @IsraelMFA Director General @AlonUshpiz spoke by ☎️ w/ Assistant of the President of Azerbaijan and Head of Foreign Policy Affairs Department @HikmetHajiyev & welcomed the decision to open an embassy in Israel.
They further discussed bilateral and regional issues 🇮🇱🇦🇿 pic.twitter.com/kwEzil2ApC— George Deek (@GeorgeDeek) November 21, 2022
www.RIA24.az