Yengicə su anbarının tikintisi ilə bağlı ANLAŞMA – FOTO

Siyasət

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində Yengicə su anbarının tikintisi ilə bağlı müqavilə imzalanıb.

ASC-dən verilən məlumata görə, imzalanma mərasimində qurumun sədri Zaur Mikayılov, sədr müavini Rafiq Aslanov, sədrin müşaviri Əsəd Şirinov və cəmiyyətin digər nümayəndələri iştirak ediblər.

Z.Mikayılov Yengicə su anbarının tikintisinin əhəmiyyətindən danışıb, yeni su anbarının Qəbələ rayonunda kənd təsərrüfatının, turizmin, ümumiyyətlə, rayon iqtisadiyyatının inkişafına böyük təkan verəcəyini bildirib.

Daha sonra Yengicə su anbarının tikintisi ilə bağlı Türkiyə şirkəti ilə müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına Əlavə 2-də Yengicə su anbarının tikintisi də nəzərdə tutulub.
Yengicə su anbarının tikintisi işləri 2022-2024-cü illərdə həyata keçiriləcək. 

Yeni anbarın ümumi su tutumu 17,5 milyon kubmetr, istifadə olunan həcmi isə 12,4 milyon kubmetr nəzərdə tutulub. Su anbarı tikildikdən sonra Qəbələnin aran hissəsində 10 min hektar sahənin, o cümlədən 3388 hektar sahənin su təminatı yaxşılaşacaq, 6612 hektar yeni torpaq sahəsinin suvarılması təmin olunacaq. Bu isə həmin torpaqlarda məhsuldarlığı artırmaqla yanaşı, ildə 2-3 dəfə əkin aparmağa imkan verəcək.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir