“Azərbaycan uğurlu inkişaf modeli nümayiş etdirir”.
“Report” xəbər verir ki, bu sözləri Ceymstaun Fondunun tədqiqatçısı Vladimir Sokor deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bu gün “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunub.
“Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı ərazi bütövlüyünü bərpa edib. Bu, hərbi-siyasi proses idi. Azərbaycan bunu çox uğurla həyata keçirib”, – V.Sokor bildirib.
Ekspert Azərbaycanın Avropaya təbii qaz tədarükçüsü və tranzit ölkə kimi mühüm rolunu da vurğulayıb.
V.Sokorun fikrincə, təbii qaz inkişaf etmiş ölkələr üçün əsas enerji mənbəyi olaraq qalacaq: “Yaşıl enerji” heç vaxt 100% uğurlu olmayacaq. “Yaşıl” keçiddən sonra belə, təbii qaz əsas enerji mənbəyi olacaq”.
www.RIA24.az