Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov dekabrın 9-da İran İslam Respublikasına səfər edəcək.
Bu barədə İranın Azərbaycandakı səfirliyinin rəsmi “Twitter” hesabında məlumat paylaşılıb.
“Ceyhun Bayramov dekabrın 9-da İranın paytaxtı Tehrana səfər edəcək. Ceyhun Bayramov səfər çərçivəsində İran prezidenti Həsən Ruhani, parlamentin sədri Məhəmməd Baqir Qalibaf və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşəcək”, – deyə qeyd edilib.
?? xarici işlər naziri Ceyhun Bayramov dekabrın 9-da İranın paytaxtı Tehrana səfər edəcək.
Ceyhun Bayramov səfər çərçivəsində ?? prezidenti Həsən Ruhani, parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşəcək.— IRAN Embassy in BAKU (@IRANINBAKU) December 8, 2020