“İrandakı qara hökumətin son günlərini hiss edirəm. Bu qara hökumətin tez getməsini ona görə istəyirik ki, biz siyasi mühacirlər öz doğulduğumuz yerlərə qayıdaq”.
Bunu Ağdamda səfərdə olan güney azərbaycanlı hüquq müdafiəçisi, tədqiqatçı Maşallah Rəzmi “Report”un Qarabağ bürosuna açıqlamasında deyib.
O, Təbrizdə inqilabçıların başçılarından biri olduğunu xatırladıb:
“İndiki vəziyyəti ozamankı inqilabla müqayisə edəndə bu İslam hökumətinin son günlərini hiss edirəm. Millətin küçələrə axışması və güllə qarşısına qorxmadan çıxması mənə o günləri xatırladır. Əminəm ki, bir hökumətin sonu çatmasa, millət o cür ürəklə meydanlara axışmaz.
Bu qara hökumət 43 ildir İranı işğal altında saxlayıb. Bu hökumətin tez getməsi ona görə yaxşıdır ki, insanlar da azad yaşamalıdırlar. Biz də o hökumətin əlindən məcbur ölkədən çıxmışıq və indi siyasi mühacir həyatı yaşayırıq. Tezliklə ana torpağımıza və doğulduğumuz yerə qayıdaq”.
www.RIA24.az