Təbriz əsilli və hazırda Fransada yaşayan azərbaycanlı tədqiqatçılar, İran azərbaycanlılarının insan hüquqları müdafiəçiləri Şuşa şəhərinə səfər ediblər.
Trend-in məlumatına görə, “Ərk” İnsan Haqları Müdafiə Komitəsinin sədri Jalə Təbrizli və hüquq müdafiəçisi, yazıçı-tədqiqatçı Maşallah Rəzminin Şuşanın mərkəzi meydanında Azərbaycan mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarətləri ilə gəzintiyə start verilib.
Qonaqlar ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşiliklə dağıdılmış digər maddi-mədəni abidələr, inzibati və yaşayış binaları, həmçinin ərazilər işğaldan azad edildikdən sonra aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olacaqlar.
www.RIA24.az