Deputatlar bu gün koronavirus testindən keçirilir

Siyasət

Bu gün Milli Məclisin deputatları koronavirus testindən keçiriləcək.

Trend-in məlumatına görə, gün ərzində deputatlar növbəli şəkildə Milli Məclisdə testdən keçiriləcəklər.

Qeyd edək ki, sabah, dekabrın 11-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək.