İlham Əliyev Qırğız Respublikası ilə imzalanmış iki sənədi təsdiqlədi

Siyasət

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında” Saziş təsdiqlənib. 

Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. 

Eyni zamanda, dövlət başçısı Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikasının Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu da imzalayıb. 

Qeyd edək ki, sənədlər 2022-ci il oktyabrın 11-də Bişkek şəhərində imzalanıb. 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir