Bakının Azadlıq meydanında baş tutan Zəfər paradı ilə bağlı Türkiyənin “Haber Global” telekanalında xüsusi buraxılış yayımlanır.
Həmin buraxılışı təqdim edirik:
15:30
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Prezident iqamətgahında qarşılayıb.
Rəcəb Tayyib Ərdoğanın şərəfinə fəxri qarovul düzülüb.
Türkiyənin “Haber Global” telekanalı bununla bağlı kadrlar yayımlayıb.
13:50
Türkiyənin “Haber Global” telekanalı Bakıda keçirilən Zəfər paradını canlı yayımlayıb.
12:23
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəhidlərimizin xatirəsini yad edirlər.
Dövlət başçıları Türk şəhidliyini və Şəhidlər Xiyabanını da ziyarət ediblər.
12:09
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəhidlərimizin xatirəsini yad edirlər.
Bununla bağlı “Haber Global” məlumat yayıb.
Prezidentlər Ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyublar, I Fəxri Xiyabanı ziyarət ediblər.