“ABŞ Azərbaycanın strateji ticarət mərkəzi və ikinci ən böyük şəhəri olan Gəncədə konsulluq açmalıdır”.
Oxu.Az-ın məlumatına görə, ABŞ-da “Heritage Foundation” Beynəlxalq Siyasət Mərkəzinin rəhbəri, siyasi məsləhətçi Lyük Koffi bu təkliflə çıxış edib.
Onun sözlərinə görə, konsulluq Vaşinqtonun bu regiona ciddi yanaşdığının göstəricisi ola bilər.
“Regionda yeni bir reallıq yaranıb, hansı ki, ABŞ anlamalı və diqqətə almalıdır”, – deyə siyasi məsləhətçi özünün “Twitter” hesabından bildirib.
Siyasi məsləhətçi konsulluğun Naxçıvanda da açılmasının yaxşı təklif olduğunu vurğulayıb.
Proposal: US should establish a consulate in Ganja. A strategic trade center & Azerbaijan’s 2nd largest city. A consulate will demonstrate that US takes region seriously. There is a new realty in the region that the US needs to understand and engage with. (Maybe also Nakhchivan?)
— Luke Coffey (@LukeDCoffey) December 10, 2020