Azərbaycanın xarici siyasət gündəmi: Şəfiyev dövlət qurumlarına çağırış etdi

Siyasət

“Azərbaycan Cənubi Qafqazdakı reallıqlar fonunda yeni dövrə qədəm qoyub”. 

Oxu Az-ın məlumatına əsasən, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə heyətinin sədri Fərid Şəfiyev “Azərbaycanın xarici siyasət gündəmi” mövzusunda keçirilən təlimdə deyib. 

O bildirib ki, bu, təkcə postmünaqişə mərhələsi ilə bağlı deyil: 

“Yeni çağırışlarda Rusiya – Ukrayna müharibəsi ilə bağlı bir sıra məqamlar dayanır. İkinci məsələ İran – Azərbaycan münasibətləri ilə bağlıdır. Həmçinin İran – Qərb münasibətləri, İran daxilindəki vəziyyət, nüvə silahı ilə bağlı danışıqlar və pandemiyadan sonra yaranan durum yeni çağırışlara əsas verir”.

Fərid Şəfiyev qeyd edib ki, Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı proseslər dördüncü istiqamət kimi götürülə bilər. 

“Bizim xarici siyasətdə Azərbaycan – Ermənistan sülh danışıqları məsələsi də əsas məsələlərdəndir. Azərbaycan Ermənistanın təxribatlar törətməsi üçün potensialını düzgün qiymətləndirməlidir. Rəqibin potensialını bilmək vacibdir”, – deyə o əlavə edib. 
 
Fərid Şəfiyev bildirib ki, 2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalardan sonra müvafiq dövlət qurumları brifinqlər keçirmədilər.

“Azərbaycanın dövlət qurumları belə brifinqlər, mətbuat konfransları keçirməlidir”, – deyə o bildirib. 

Qeyd edək ki, media nümayəndələri üçün keçirilən təlimin təşkilatçıları BTMT və MEDİA Agentliyidir. 

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir