Ulu Öndərə vəfa borcumuz

Siyasət

Kubra Məhərrəmova yazır…

Hətta bu gün belə biz çox məsələləri bilmirik. Tarixin gizli səhifələrində nə var, nə yox. Araşdırsaq belə bilməyəcəyimiz məqamlar var. 

Tarix elə ona görə tarixdir ki, özü seçir kim onun yaddaşında qalacaq, kim yox. Özünü zorla, güclə ora salmaq mümkün deyil. Bir də xalqın qəlbinə güclə girmək mümkün deyil. 

Bu elə bir zirvədir ki… Nə küləklər, nə fırtınalar, nə də zaman buna qarşı tab gətirə bilməyəcək. 
Şuşanın azad olunan günü Ali Baş Komandan ulu öndərin məzarını ziyarət etdi. 

Xalq olaraq anladıq ki, bu ziyarət bir hesabatdır. Mənə görə, bu ziyarət ən müqəddəs ziyarət idi. Atanın vəsiyyətini yerinə yetirmiş övladın müqəddəs ziyarəti. 

Bu ziyarət minlərlə övladın ata məzarına etdiyi ziyarət idi. Minlərlə övladın verdiyi söz idi. Minlərlə atanın verdiyi xeyir-dua idi. 

Ulu öndərin verdiyi xeyir-dualar bu gün də Azərbaycanı qoruyur. Necə ki, 1993-cü ildə öz ikinci gəlişi ilə Azərbaycanı parçalanmaqdan qorudu. Öz canı ilə qorudu. Özünü sipər verdi bütün düşmənlərin önünə. 

Öz zəhmi, ruhu, mənliyi, şəxsiyyəti ilə bütün dünyayla tək vuruşdu. Vuruşdu və qalib gəldi ulu öndər. Müasir Azərbaycanı yenidən qurdu, möhkəm özül üzərində. Bir daha dağılmayacaq qədər möhkəm və əsaslı. 

Bu gün ruhunuz şaddır. Bilirəm. Bizi tərk edən minlərlə atalar kimi…

Bilirəm bu gün də ruhu şad olan ulu öndər Azərbaycan üçün dua edir. Alqış edir. Yaşadığımız zəfər üçün sevinir. Bizi tərk edən, lakin əbədiyyən bizimlə qalan ata… Böyük sevgi və ehtiramla sizi yad edir, ruhunuz qarşınızda baş əyirəm…

Azərbaycan bu gün güclüdür, müstəqildir, azaddır və QALİBDİR! 

Dünya durduqca da bu belə olacaq. Minlərlə oğulların atalarına verdiyi söz, and durduqca. 

Bizim isə sizə, ulu öndərə vəfa borcumuz var. 

Əbədiyyən, sonsuza qədər.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir