Özünü dünyaya ekler kimi şirin, konsomme şorbası qədər şəffaf sırımağa çalışan Fransa əslində, steyk tartar qədər çiy demokratiya prinsiplərinə sahibdir.
Bunu elə keçmişi də, indisi də müstəmləkə və işğalçılıq siyasəti üzərində qurulan tarixləri ifşa edir. Əgər belə olmasaydı, Yeni Kaledoniya, Korsika, Mayotta və işğal etdikləri digər ərazilərin müstəqilliklərini çoxdan tanıyardılar.
Məsələn, kaledoniyalılar saxtalaşdırılan referendumlarla öz müqəddaratlarını təyin etməkdən məhrumdurlar, eləcə də korsikalılar Makronun yalan vədləri ilə aldadılırlar. Özlərinə umac ova bilməmələri azmış kimi, başqasına əriştə kəsməyə çalışırlar.
Utanmaz-utanmaz Qarabağdakı separatçıların lideri Arayik Arutunyanı dövlət kanalına dəvət edib, prezident donu geyindirirlər.
Politoloq Yeganə Hacıyevanın sözlərinə görə, analoji olaraq qondarma qurumun siması prezident kimi təqdim edilir. Bu, əslində, Fransanın anti-Azərbaycan siyasətinin nümayişidir.
Az qala beşikdəki uşağa da aydındır ki, bu iki bacı bir-biriləri üçün təmənnasız addım atmazlar. Elə indi də hər ikisinin öz məqsədi var.
Millət vəkili Cavanşir Feyziyev isə qeyd edib ki, qondarma qurumun qondarma təmsilçisinə efir vaxtı verilməsi Fransa hakimiyyətinin Ermənistana jestidir. Lakin Fransa hakimiyyəti və telekanalları həmin jesti heç vaxt müstəmləkələrinə qarşı etməyib.
Daha ətraflı Baku TV-nin süjetində:
www.RIA24.az