Bu gün Moskvada Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin müdafiə nazirlərinin görüşü keçiriləcək.
Bu barədə Belarus Müdafiə Nazirliyinin “Telegram” kanalından məlumat verilib.
“Gündəliyə uyğun olaraq, tərəflər beynəlxalq və regional təhlükəsizlik məsələləri, müdafiə sahəsində əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparacaq, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər”, – deyə məlumatda bildirilib.
www.RIA24.az