“Bu gün təəssüf hissi ilə Azərbaycanın böyük dostu və hər zaman ədaləti dəstəkləyən peşəkar jurnalist olan “Aljazeera Arabic”in əməkdaşı Ömər Kaşramın COVID-19-dan öldüyünü eşitdim”.
Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.
“Ömər 2016-cı ilin aprel müharibəsindən bu yana, eyni zamanda 2020-ci ilin 44 günlük müharibəsində də Azərbaycanla olub”, – deyə H.Hacıyev bildirib.
Today I heard with sorrow that great friend of Azerbaijan and professional journalist who always supported justice Omar Khashram of Aljazeera Arabic has died as a result of COVID-19. Since April War of 2016 Omar has been with Azerbaijan as well as during 44 days war of 2020. RIP. pic.twitter.com/b83JrgEqm4
— Hikmet Hajiyev (@HikmetHajiyev) December 12, 2020