Avropalı ekspert: “Nə Almaniyanın, nə də Fransanın manevr üçün imkanları var”

Siyasət

Rusiya, Azərbaycan və Ermənistan arasında Qarabağla bağlı üçtərəfli müqavilənin imzalanmasından bir aydan çox vaxt keçib. Ancaq indi, Azərbaycan işğal olunmuş əraziləri azad edildikdən sonra, Qərb gözlənilmədən heç bir statusu olmayan və Azərbaycanın bir hissəsi olan Qarabağı xatırlayıb.

Nə baş verir? Bəlkə Qərbi Avropa belə bir vacib problemin onun iştirakı olmadan həll olunduğundan narahatdır?

Media.Az bununla bağlı hazırda Madriddə yaşayan avropalı ekspert, beynəlxalq jurnalist Karl Kuyas-Skrijinskinin münasibətini öyrənib.

O, həqiqətən də müəyyən bir tərpənişin olduğunu və bunun Avropanın özünü “göyərtədən kənarda” qaldığını hiss etməsi səbəbindən baş verdiyini vurğulayıb:

“Hər şeyə real baxsanız, Avropa İttifaqı aktiv rol üçün səy göstərmirdi. İndi hansısa hərəkət qeydə alınmış nəticəyə təsir göstərə bilərmi? Mənə elə gəlir ki, bu, sadəcə real deyil. Əldə olunan razılaşma və dörd oyunçu var: Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan, hansı ki, bunlardan ikisi böyük regional gücdür. Nə Almaniyanın, nə də Fransanın manevr üçün imkanları var. Avropa hansısa maliyyə və ya siyasi dəstək təklif edə bilər”.

Analitik, eyni zamanda, həm Berlin, həm də Parisin münaqişənin yenilənməsində maraqlı olmadığını bildirib. O, digər amillərlə yanaşı, hər iki Avropa ölkəsinin bölgədəki miqrasiya dalğasından çəkindiklərini deyib.

Skrijinski vurğulayıb ki, Avropa hazırda böhran, pandemiya, İranla bağlı qeyri-müəyyənlik, ABŞ-da çətin seçkilər və s. problemlərin cəngindədir, bu səbəbdən fürsəti olsa belə, bölgəyə sülhməramlı göndərə bilməyəcək.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir