Ermənistan Azərbaycanın Qarabağ bögəsində üç yeni hərbi obyekt tikib.
Bu barədə Baku TV-nin “Salam Baku” verilişində məlumat verilib.
Qeyd edilib ki, ermənilərin ötən il Laçın yolu ilə gətirdikləri materiallardan istifadə edilərək tikilən hərbi obyektlərin görüntüsü sosial şəbəkələrdə yayılıb.
“Bu, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq ermənilərin Laçın yolundan hərbi məqsədlər üçün istifadə etdiklərinin əyani sübutu oldu”, – deyə əlavə edilib.
Daha ətraflı süjetdə:
www.RIA24.az