Böyük britaniyalı tədqiqatçı azərbaycanlı ekofəalların aksiyası ilə bağlı paylaşım edib

Siyasət

Böyük britaniyalı tədqiqatçı və analitik Taras Kuzio tviter səhifəsində azərbaycanlı ekofəalların Xankəndi-Laçın yolunda keçirdikləri etiraz aksiyası ilə bağlı paylaşım edib.

O, aksiyaların davam etdiyini bildirib:

“Azərbaycanlı ekofəalların erməni oliqarxların Laçın yolunun istismarını və Qarabağdakı qanunsuz hərbi birləşmələrə Ermənistandan texnikanın daşınmasının dayandırılmasını tələb edən aksiyaları davam edir”, – o vurğulayıb.

Xatırladaq ki, T.Kuzio Azərbaycana səfər edib və aksiyanı yerində izləmək üçün Xankəndi-Laçın yoluna gedib.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Aksiya artıq 34 gündür davam edir.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir