“Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərində dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində iştirakı və çıxış etməsi dövlət başçımızın nüfuzundan xəbər verir”.
Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, Azərbaycan son illərdə dünyaya ənənəvi olaraq enerji ixrac edən bir ölkə kimi “yaşıl enerji”yə xüsusi diqqət verməklə, Qarabağı “yaşıl” enerji zonası elan etməklə enerjinin gələcəyinə sürətlə hazırlaşdığını nümayiş etdirməkdədir:
“Dövlət başçısı İlham Əliyevin bu istiqamətdə aktiv geosiyasəti öz nəticələrini verir və onun bu qabaqlayıcı ideyaları hər kəs tərəfindən maraqla qarşılanır. Ölkəmizin böyük “yaşıl” enerji resursları gələcəkdə Azərbaycanın bu sahədə mühüm rol oynayacağını deməyə əsas verir”.
Komitə sədri qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərində dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində yalnız Azərbaycan və Koreya prezidentləri fəxri qonaq qismində çıxış ediblər:
“Belə bir şəraitdə Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərində dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində iştirakı və çıxış etməsi dövlət başçımızın nüfuzundan və ölkəmizin hər sahədəki – iqtisadi, siyasi, texnoloji sahələrdəki inkişafından xəbər verir. Hesab edirəm ki, tədbir gələcəyə hazırlaşmaq və idarə etmək baxımından vacibdir. Azərbaycan Prezidentinin liderliyi bu istiqamətdə məsuliyyətli və qabaqcıl layihələrin reallaşdırılmasına imkan verəcək”.
www.RIA24.az