Azərbaycanda ofislə təmin edilmiş siyasi partiyaların sayı 14-ə çatıb – FOTO

Siyasət

Azərbaycanda daha dörd siyasi partiyaya ofis sahələri verilib, bununla da son günlərdə ofislə təmin edilən partiyaların sayı 14-ə çatıb.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, ölkə prezidentinin rəhbərliyi ilə aparılan uğurlu siyasi-iqtisadi islahatlar nəticəsində ölkəmizdə iqtidar-müxalifət dialoqu və siyasi plüralizm ənənələri formalaşır. Bu islahatların tərkib hissəsi olaraq, siyasi partiyaların fəaliyyət imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər görülür. Belə ki, dövlət başçısının tapşırığına uyğun olaraq, siyasi partiyalar iş prosesinin daha əlverişli şəraitdə yerinə yetirilməsi məqsədilə dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təmin olunur, onların iş şəraiti yaxşılaşdırılır.

Ötən gün nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti daha dörd siyasi partiyaya ofis sahələrinin açarlarını təqdim edib. Azərbaycan Respublikaçılar Partiyası, Azadlıq Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir