Azərbaycan Xarici İşlər Nazirliyi Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqə cavab verib.
XİN-in mətbuat katibi Ayxan Hacızadə “Twitter”də yazıb:
“Cənab nazir, Laçın yolu açıqdır, hərəkət azadlığı təmin edilir. 2022-ci ilin dekabrın 12-dən dekabrın 15-dək Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Rusiya sülhməramlı kontingentinin 644 texnikası və yerli erməni sakinlər hər iki istiqamətdə hərəkət ediblər. Blokada ilə iddiaların heç bir əsası yoxdur”.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vyanada avstriyalı həmkarı ilə görüşüb. Aleksandr Şallenberq görüş barədə məlumat verərkən Azərbaycana Laçın yolunu açmaq barədə çağırış edib.
Mr. Minister, the #Lachin road is open & freedom of movement is ensured. Only between 12 December 2022 and 15 December 644 vehicles of ICRC, the Russian peacekeeping contingent, and local Armenian residents passed in both directions. Claims about the “blockade” have no grounds! https://t.co/PCDdqwLNPs
— Aykhan Hajizada (@Aykhanh) January 18, 2023
www.RIA24.az