Sovet ordusunun 1990-cı ilin 20 Yanvarında Bakıda törətdiyi qırğınlardan sonra Rusiya paytaxtında yaşayan azərbaycanlılar həmin gecə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin qarşısına toplaşıblar.
Minlərlə azərbaycanlı rəsmi Moskvadan hadisələrə düzgün qiymət verilməsini və Bakıya qoşun yeridənlərin cəzalandırılmasını tələb ediblər.
Azərbaycan İcması Moskvanın müxtəlif nöqtələrində etiraz aksiyası keçirib.
İTV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:
www.RIA24.az