NATO xüsusi nümayəndəsinin Azərbaycan və Ermənistana səfərinin yekunlarına dair məlumat yaydı

Siyasət

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bu həftə Cənubi Qafqaza səfər edərək Ermənistan və Azərbaycanda olub.

Bu barədə NATO-nun səfərin yekunlarına dair məlumatında bildirilib.

Məlumata görə, səfər “cənab Kolominanın NATO-nun bu iki mühüm tərəfdaş ölkəsində müntəzəm siyasi məsləhətləşmələrinin bir hissəsi” olub.

Bildirlib ki, Kolomina Azərbaycanda xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslərlə görüşüb. O, NATO-nun Azərbaycanla əməkdaşlığını və ölkəmizin Avro-Atlantik təhlükəsizliyə töhfələrini müzakirə edib.

“Cənab Kolomina həmçinin regional təhlükəsizlik məsələləri, o cümlədən Laçın dəhlizindəki vəziyyət barədə fikir mübadiləsi aparıb. O, danışıqların bərpası və normallaşma istiqamətində işin vacibliyini vurğulayıb. Kolomina Avropa İttifaqının regional sabitliyə verdiyi dəstəyi də alqışlayıb” , – alyansın məlumatında qeyd olunub.

Mənbə: nato.int

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir