Solomiya Vivçar: “Ermənilər üçün başqa insanların dini hissləri, hüquqları heç bir şey ifadə etmir”

Siyasət

Nə üçün Qərb Qarabağdakı mədəni və tarixi abidələrə bu qədər seçicidir, davamlı olaraq guya ermənilərə aid olanları qabardır, işğalçılar tərəfindən Azərbaycan mədəni irsinin məhv edilməsi faktları barədə isə susur? “Ukrayna Ziyalıları və İslam” kitabının müəllifi, İvan Franko adına Lvov Milli Ədəbi və Xatirə Muzeyinin baş elmi işçisi Solomiya Vivçar Media.Az-a verdiyi müsahibədə bununla bağlı fikirlərini bölüşüb.

O, bu məsələdə həqiqətən də ikili standartların təzahür etdiyini dedi:

“Bu açıq-aşkar belədir. Təəssüf ki, informasiya müharibəsində qalib gəlmək həmişə mümkün olmur. Biz Ukraynada bunu yaxşı başa düşürük. Bununla necə mübarizə aparmaq olar? UNESCO-nun bir şeyi düzəldə biləcəyinə həqiqətən inanmıram, illüziyalarım yoxdur, amma yenə də cəhd etmək lazımdır. Bütün qapıları döyməliyik”.

S.Vivçar Azərbaycanın işğaldan azad etdiyi ərazilərində ermənilər tərəfindən pravoslav kilsələrin tərk edilməsinə, məscidlərin dağıdılmasına da münasibət bildirib. Onun sözlərinə görə, bütün bunlar işğalçı siyasətinin, vandalizmin təzahürüdür.

“Başqa insanların dini hissləri, digər insanların hüquqları – onlar üçün bütün bunlar heç bir şey ifadə etmir”, – deyə baş elmi işçi əlavə edib.

Əslən Lvovdan olan müsahib erməni mifologiyasına görə bu şəhərin onların əcdadları tərəfindən qurulması barədə dediklərini isə gülüşlə qarşılayaraq, onların hətta Nuh Peyğəmbəri də öz millətlərrinin olduğu barədə iddialar səsləndirdiyini deyib:

“Bu “böyük güc”, “Ermənistan dənizdən dənizə” və s. ideologiyasının təzahürüdür”, – deyə C.Vivçar vurğulayıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir