Şuşanın 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm Paytaxtına namizədliyi irəli sürüləcək.
“Report” xəbər verir ki, bunu Azərbaycanın XİN başçısı Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında çıxışı zamanı deyib.
Nazir çıxışında sədrlik çərçivəsində Bakıda yaradılması nəzərdə tutulan İƏT-BMT Sənaye İnkişafı Təşkilatı (UNIDO) Təmiz Enerji Mərkəzinin, İƏT İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyətə başlaması istiqamətində tədbirlər görüləcəyini, Şuşanın 2026-cı ildə İƏT Turizm Paytaxtına namizədliyinin irəli sürüləcəyini diqqətə çatdırıb.
www.RIA24.az