Peskov: “Kreml həm Bakı, həm də İrəvanla dialoqu davam etdirir”

Siyasət

“Rusiya həm Azərbaycan, həm də Ermənistanla dialoq üzrə apardığı çox əziyyətli və mürəkkəb işi davam etdirir”.

Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Rusiya iki il əvvəl imzalanmış üçtərəfli razılaşmaların və sənədlərin tərəflərindən biri kimi öz öhdəliklərini yerinə yetirməkdə davam edir. Həm Azərbaycan, həm də Ermənistanla dialoq üzrə apardığı çox əziyyətli və mürəkkəb işi davam etdirir”, – deyə Kreml nümayəndəsi qeyd edib.

Mənbə: TASS

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir