Meydanda təkbaşına: Britaniya parlamentində ermənipərəst deputatlar susduruldular

Siyasət

Britaniya parlamentinin İcmalar Palatası bir neçə ermənipərəst deputatın təşəbbüsü ilə Xankəndi-Laçın yolunda yaranmış vəziyyəti müzakirə edib. 

Bu barədə Britaniya Parlamentinin saytında qeyd olunur.

Müzakirə zamanı ermənipərəst deputatlar əsassız ittihamlar səsləndiriblər.

Mühafizəkarlar Partiyasından olan İcmalar Palatasının üzvü, Britaniya-Azərbaycan parlamentlərarası qrupun rəhbəri Bob Blekman həmkarlarının Azərbaycana qarşı əsassız ittihamlarına münasibət bildirib.

“Azərbaycan hökuməti Qarabağda mədənlərdə baş verənlərdən birbaşa narahatdır. Yadda saxlamaq lazımdır ki, ermənilər əslində nə baş verdiyini yoxlaya biləcək müfəttişlərə bu obyektlərə girişi qadağan etmişdilər. Bu, birbaşa ekoloji etirazlara səbəb oldu. Qızıl və digər qiymətli metalların atəşkəs razılaşmasını kobud şəkildə pozaraq çıxarılmasına və Qarabağdan Ermənistana daşınmasına dair təkzibolunmaz sübutlar var”, – deyə o bildirib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir